Fev 17, 2020 20:52 Asia/Baku
  • Taliban NATO-nun bir hərbi vertolyotunu vurub
    Taliban NATO-nun bir hərbi vertolyotunu vurub

Taliban qrupu bir açıqlamada bildirib ki, NATO-nun komandanlığı altında olan bir xarici hərbi vertolyotu Əfqanıstanın Nimruz vilayətində hədəfə alaraq, vurubdur.

Belə bir halda, Əfqanıstanın məsul şəxsləri və hətta bu ölkədə NATO-nun komandanlığı altında olan qərbli hərbçilərin nümayəndələri indiyədək bu vertolyotun vurulması barədə fikir bildirməyiblər.

Eyni zamanda, Əfqanıstan müdafiə nazirliyi bir açıqlamada ordu qüvvələrinin bir ədəd “MD-530” tipli vertolyotunun Nimruz vilayətində fövqəladə eniş etməsindən və onun pilotunun yaralanmasından xəbər verib.

Bu hadisə elə bir halda baş veribdir ki, ABŞ rəsmiləri dünən iddia ediblər ki, üzdəniraq sülh müzakirələri və Əfqanıstanda Talibanla zorakılığın azalması müsbət olub və tezliklə icra olunacaqdır.

 

 

Teqlər