Fev 21, 2020 09:05 Asia/Baku
  • Merkel Frankfurt ətrafındakı rasist hücumuna reaksiya verib
    Merkel Frankfurt ətrafındakı rasist hücumuna reaksiya verib

Almaniya kansleri Frankfurt ətrafındakı ölümcül atışmaya reaksiyada bu ölkədə rasizm və nifrətyaymanı pisləyib.

Angela Merkel dünən səkkiz nəfərin ölümü ilə nəticələnən atışmaya cavab olaraq, rasizmi zəhərə bənzədib və belə deyib: Rasizm zəhəri hazırda Almaniya cəmiyyətində mövcuddur və bu ölkədəki bir çox cinayətlərin amilidir.

Bir ifratçı sağçının çərşənbə günü Frankfurt şəhərinin yaxınlığında, Hessen əyalətində yerləşən Hanau bölgəsində bir ərəb qəhvəxanasını atəşə tutması səkkiz nəfərin ölməsi və bir neçə nəfərin yaralanması ilə nəticələnibdir.

Polis bu hücumun amilini bir Almaniya vətəndaşı adlandırıb və bildirib ki, bu şəxs hücumdan sonra bir məktub qoyub və öz evində intihar edibdir.

Almaniyanın məhkəmə aparatı məktubun məzmununa işarə edib. Bildirib ki, həmin şəxs atışma və kütləvi qətldə irqi və ksenofob məqsədlərə malik olubdur.

Son aylar ərzində Avropa ölkələrində ekstremist sağçı qrupların müsəlmanlara və mühacirlərə qarşı hərəkətləri artıbdır.

 

 

Teqlər