Fev 23, 2020 13:38 Asia/Baku
  • Aİ sionist İsrailin qəsəbə salma fəaliyyətlərini qınadı
    Aİ sionist İsrailin qəsəbə salma fəaliyyətlərini qınadı

Avropanın xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Sionist rejim tərəfindən Fələstinin işğal olunmuş ərazilərində qəsəbələrin inşasının davam etdirilməsini pisləyib.

İRNA-nın məlumatına görə, Cozep Borrell bir bəyanat yayaraq, Sionist rejimi qəsəbə salma siyasətindən əl çəkməyə çağırıb.

 İsrailin sionist mühacirlər üçün qəsəbə salma fəaliyyətlərini qeyri-qanuni adlandıran C.Borrell əlavə edib: "Avropa İttifaqı heç zaman işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsini tanımayacaqdır. 

Avropanın xarici siyasət məsələləri üzrə ali nümayəndəsinin bəyanatı ilə eyni zamanda İtaliya, Fransa, Almaniya və İrlandiya hökumətləri də ayrı-ayrılıqda Sionist qəsəbələrin inşasını qınayıblar.

Sionist rejimin Şəhərsalma Nazirliyi və sionist qəsəbələrin bələdiyyəsi çərşənbə günü fevralın 19-da işğal olunmuş Qüdsün şimal hissəsində 9 min yeni binanın tikintisinə dair bir plan təqdim ediblər.

Teqlər