Mart 19, 2020 15:12 Asia/Baku
  • Koronavirus əsrin ən pis böhranıdır
    Koronavirus əsrin ən pis böhranıdır

Rusiya hökuməti koronavirus pandemiyasını ötən 50 ildə dünyanın ən pis səhiyyə böhranlarından biri adlandırıb.

Rusiya hökuməti bu gün bu ölkə vətəndaşlarının qorunmaları üçün görülən tədbirlər barədəki açıqlamasında bildirib: Hazırkı şərait ötən 50 ildə sağlamlıq sahəsinin ən pis böhranlarından biridir və ölkədə daha çox məhdudiyyətin tətbiq edilməsi lazım gələrsə, bu məsələ araşdırılacaqdır.

Məlumatda deyilir: Şəxslərin iş yerlərinin dezinfeksiya edilməsi və idman yarışlarının ləğvi kimi tədbirlər davam edəcək və ehtimal üzrə daha da artacaqdır.

Rusiya indiyədək bir neçə ölkə ilə bağlı uçuş məhdudiyyətlərini həyata keçirib və xarici vətəndaşların bu ölkəyə girişləri mayın birinədək qadağan edilibdir.

Dünənədək Rusiyada 147 koronavirusa yoluxma halı aşkar edilibdir.

RUSİYA: KORONAVİRUS ƏSRİN ƏN PİS BÖHRANIDIR

Teqlər