Apr 03, 2020 20:35 Asia/Baku
  • Nyu-Yorkda şəfqət işçilərinin etirazları davam edir
    Nyu-Yorkda şəfqət işçilərinin etirazları davam edir

Nyu-Yorkda yerləşən bir xəstəxananın bir qrup şəfqət işçisi öz iş yerinin önünə toplaşaraq, tibb işçiləri üçün fərdi mühafizə təchizatlarının artırılmasını istəyib.

Amerikada koronavirusa yoluxanların sayının və tibbi ləvazimat qıtlığının artması ilə/ dünən Nyu-Yorkda yerləşən bir xəstəxananın bir qrup şəfqət işçisi tibb işçiləri üçün fərdi mühafizə təchizatları, o sıradan maska və əlcək çatışmazlığına etiraz olaraq, xəstəxananın önündəki səkidə piket keçirib.

Bu aksiya «Branks» məhəlləsində yerləşən xəstəxanalardan birinin önündə keçirilib. Bu müalicə mərkəzinin çoxstajlı şəfqət işçilərindən biri deyib ki, müalicə personalı maska qıtlığı ucbatından ondan bir neçə dəfə istifadə etməyə məcburdur.

Piketdə iştirak edən digər şəfqət işçiləri də bildiriblər ki, koronavirusa yoluxmaqdan irəli gələn qorxu, onların fəaliyyətlərinə neqativ təsir göstərir.

Amerika hazırda tibb maskası kimi fərdi mühafizə ləvazimatları üzrə kəskin qıtlıq ilə üzləşir və bu ölkənin müxtəlif xəstəxanalarının işçilərindən istənilibdir ki, həmin ləvazimatlardan təkrar olaraq istifadə etsinlər.

NYU-YORKDA TİBB İŞÇİLƏRİ MASKA QITLIĞINA ETİRAZ EDBLƏR

Teqlər