Apr 05, 2020 09:53 Asia/Baku
  • Tramp: Gələn həftələr ABŞ üçün ölümcül olacaq
    Tramp: Gələn həftələr ABŞ üçün ölümcül olacaq

Koronavirusun təsirlərini cüzi göstərməyə çalışan ABŞ prezidenti dünən axşam etiraf edib ki, ÇOVID-19 nəticəsində Amerikanın qarşısında duran iki həftə ölümcül olacaq.

Donald Tramp öz birinci müavini Mayk Pensin, həmçinin koronavirusla mübarizə qrupunun bəzi üzvlərinin iştirakı ilə keçirilən gündəlik mətbuat konfransında sonra belə deyib: Qarşıdan çox çətin iki həftə gəlir və proqnoz edilir ki, ölüm halları çox olacaqdır.

Özü tibbi ləvazimat çatışmazlığı cəhətdən çabalayan, Çin limanlarındakı iş adamlarının isə digər ölkələr tərəfindən satın alınmış tibb avadanlıqlarını çox yüksək qiymətlə oğurlayan Tramp iddia edib ki, dünyanın böyük bir hissəsilə sövdələşmədədir ki, bu çox çətin şəraitdə onlara yardım etmiş olsun.

Amerika prezidenti koronavirusa yoluxma cəhətdən bu ölkənin ən faciəli ştatı olan Nyu-York ştatı barədə isə belə iddia edib: Biz Nyu-Yorka daha çox təchizatın göndərilməsi üçün ciddi şəkildə işləyirik və mümkün olan ən tez bir zamanda bu iş həyata keçiriləcək.

Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.

Amerikada COVID-19-a yoluxanların sayı 277 min nəfəri keçib və indiyədək 7400 nəfərdən çox insan həyatını itiribdir.

Hazırda dünyada koronavirusa yoluxanların dörddə bir hissəsindən çoxu Amerikanın payına düşür.

GƏLƏN HƏFTƏLƏR ABŞ ÜÇÜN ÖLÜMCÜL OLACAQ

 

Teqlər