Apr 05, 2020 12:47 Asia/Baku
  • Əfqanıstanda onlarla yeni koronaviruslu xəstə aşkar edilib
    Əfqanıstanda onlarla yeni koronaviruslu xəstə aşkar edilib

Əfqanıstanın səhiyyə nazirliyi bu ölkədə 38 yeni koronaviruslu xəstənin aşkar edilməsindən xəbər verib.

Əfqanıstanın səhiyyə nazirliyi bu gün səhər bildirib ki, ötən sutka ərzində bu ölkədə COVID-19-a yoluxmada şübhəli bilinən 38 şəxsin analizinin pozitiv olması ilə Əfqanıstanda koronavirusa yoluxanların ümumi sayı 337 nəfərə çatıb.

Əfqanıstanın səhiyyə nazirliyi öz bugünkü məlumatında bu ölkədə koronavirusdan ölənlərin sayını 7, sağalanların miqdarını isə 12 nəfər elan edibdir.

Əfqanıstanda koronavirusa yoluxanların sayının artması ilə bu ölkə rəsmiləri bildiriblər ki, bu xəstəliklə mübarizə üçün gediş-gəliş məhdudiyyətlərini gücləndirmək niyyətindədirlər.

ƏFQANISTANDA YENİ COVID-19 XƏSTƏLƏRİ AŞKAR EDİLİB

Teqlər