Apr 05, 2020 19:28 Asia/Baku
  • ABŞ-ın İrana kreditin verilməsilə müxalifəti bəşəriyyətə qarşı cinayətdir
    ABŞ-ın İrana kreditin verilməsilə müxalifəti bəşəriyyətə qarşı cinayətdir

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi səhiyyə vəsaitlərinin sanksiya edilməsini qanunsuz və insan haqlarına qarşı hərəkət, həmçinin Amerika prezidentinin İran xalqı ilə aşkar düşmənçiliyi adlandırıb.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün öz tvitter səhifəsində həmçinin belə qeyd edib: Amerikanın İranın koronavirusa mübarizəyə lazım olan malların təmini üçün Beynəlxalq Valyuta Fondundan istədiyi kreditin verilməsilə müxalifəti bəşəriyyətə qarşı cinayətin real nümunəsidir.

Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva son zamanlar bir açıqlamada bu fondun koronavirus pandemiyasına məruz qalan ölkələrə kömək üzrə 50 milyard dollar məbləğində fövqəladə maliyyə yardımından xəbər verdi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif martın 14-də bir tvitt-də İranın Mərkəzi Bankının Beynəlxalq Valyuta Fondunun bu imkanına təcili əlçatanlıq üzrə ərizəsinə işarə edərək, vurğuladı kİ, Beynəlxalq Valyuta Fondu və onun rəyasət heyəti öz vəzifələrinə sadiq qalmalı, düzgün tərəfdə duraraq, bu vəzifələrə məsuliyyətlə əməl etməlidir.

ABŞ PREZİDENTİNİN İRAN XALQI İLƏ AŞKAR DÜŞMƏNÇİLİYİ