Apr 08, 2020 09:21 Asia/Baku
  • Çin ABŞ-ın dünyadakı militarizmini tənqid edib
    Çin ABŞ-ın dünyadakı militarizmini tənqid edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın dünyadakı militarizmini tənqid edib.

ÇJao Li Tszyan dünən Pekində keçirdiyi həftəlik brifinqində Amerikanın koronavirusun aradan qaldırılması sahəsindəki səylərin qızğın çağında dünyanın müxtəlif nöqtələrinə hərbi gəmi və qırıcı göndərməsini tənqid edib. Deyib ki, Amerika koronavirusun aradan qaldırılmasına kömək etmək yerinə, dünyaya qırıcı və hərbi gəmi göndərməkdədir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: Bizim koronavirusun aradan qaldırılması üçün digər ölkələrə kömək etdiyimiz bir halda, Amerika Cənubi Çin dənizinə qırıcı və hərbi gəmi göndərməkdədir. O, bu hərəkətlə Çinin suverenliyini pozur.

Çin rəsmiləri Cənubi Çin dənizində və Tayvan boğazındakı hərəkətləri barədə dəfərlərlə amerikalılara xəbərdarlıq edərək, bu bölgələri Çin ərazisinin bir hissəsi adlandırıblar.

Çin bu qənaətdədir ki, ABŞ-ın regiondakı hərbi iştirakı bölgədə və Koreya yarımadasında gərginliyin artması amilidir.

ÇİN ABŞ-IN DÜNYADAKI MİLİTARİZMİNİ TƏNQİD EDİB