Apr 08, 2020 14:54 Asia/Baku
  • Qazaxıstanda koronavirus qurbanlarının sayı 7-yə çatıb
    Qazaxıstanda koronavirus qurbanlarının sayı 7-yə çatıb

Qazaxıstanda koronavirusdan daha bir nəfər vəfat edib.

Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qazaxıstanda koronavirusdan ölənlərin sayı 7 nəfərə yüksəlib.

Qazaxıstanda koronavirusa yoluxan xəstələrin sayı 709 nəfərdir.

Xatırladaq ki, martın 16-dan etibarən ölkədə fövqəladə hal elan edilib. Martın 19-dan isə Nur-Sultan və Almatı şəhərlərində karantin rejimi tətbiq olunub.

QAZAXISTANDA COVID-19 TƏLƏFATI: 7 NƏFƏR