Apr 09, 2020 10:07 Asia/Baku
  • Trampın Sendersin kənara çəkilməsinə reaksiyası

ABŞ prezidenti Donald Tramp öz tvitter səhifəsində bir mesaj yayaraq, bu ölkənin prezident seçkilərinə demokrat namizədin seçki rəqabətlərindən kənara çəkilməsini alqışlayıb.

Tramp bu mesajda yazıb: Berni Sendersin kənara çəkilməsi demokratların və onların milli komitəsinin istədiyi kimi oldu. Yaxşı olardı ki, Berninin tərəfdarları respublikaçılar partiyasına qoşulsunlar.

Demokratların 2020-ci il ABŞ prezident seçkilərinə əsas namizədi olan Co Bayden də Berni Sendersin bu rəqabətləri davam etdirməkdən vaz keçməsinə reaksiyada deyib: Senders nadir bir siyasətçidir və onun hərəkatı bu gün keçmişdəki kimi güclüdür.

Vermont ştatını təmsil edən müstəqil senator və 2020-ci il ABŞ prezident seçkilərinə demokratların ilkin seçkilərinin namizədlərindən biri olan Berni Senders çərşənbə günü bir açıqlamada bu seçkilərə namizədlik üzrə mübarizəsini dayandırdığını elan etdi.

Sendersin bu qərara gəlməsinə səbəb, onun ABŞ-ın sabiq prezidenti Barak Obamanın müavini olmuş Co Bayden ilə partiyadaxili rəqabətlərdə nəzərəçarpacaq sayda ştatlarda geri qalması və demokratlarn milli konvensiyası üçün partiya vəkillərinin az sayda səsini qazanması olubdur.

TRAMPIN SENDERSİN KƏNARA ÇƏKİLMƏSİNƏ REAKSİYASI

Teqlər