May 17, 2020 10:50 Asia/Baku
  • Avropada koronavirus məhdudiyyətlərinə qarşı aksiyalar keçirilib

Almaniya, İngiltərə və Polşa xalqlarının məişət durumuna və koronavirus məhdudiyyətlərinə qarşı aksiyaları polis zorakılığı ilə üzləşib.

SəhərAzəri xəbər verir, Almaniya polisi dünən bildirib ki, bu ölkə vətəndaşlarından minlərlə nəfər ikinci həftə dalbadal aksiyada iştirak edib. Onlar hökumət tərəfindən tətbiq olunmuş məhdudiyyətlərə öz etirazlarını bildiriblər.

Almaniya polisi təqribən 200 etirazçını həbs edib.

İngiltərədə də London polisi səhiyyə qaydaları və məhdudiyyətlərini qəsdən pozduğuna görə, 19 nəfəri həbs edibdir.

Polşa xalqından da yüzlərlə nəfər dünən bu ölkənin paytaxtı Varşava şəhərində bir yerə toplaşıbdır. Əllərində, üzərlərində «İş və çörək!» və «Vəziyyət yenidən adiləşməlidir!» şüarı yazılmış plakatlar olan aksiyaçılar hökumətin karantin siyasətlərinə etiraz ediblər.

Polşa polisi koronavirus pandemiyası şəraitində aksiyaların və toplantılların qadağan olmasına görə, bir qrup etirazçını döyərək, onlara tərəf gözyaşardıcı qaz işlədibdir.

 

Teqlər