May 24, 2020 11:23 Asia/Baku
  • İran yanacağını daşıyan ilk tanker Venesuelanın ölkə sularına daxil olub

İrandan göndərilən yanacağı daşıyan ilk tanker Venesuela sularına daxil olub.

SəhərAzəri xəbər verir, Dəniz hərəkəti dataları mərkəzi- «Marinetraffic» saytında verilən məlumata görə, İranın «Fortune» tankeri ötən saatlarda Venesuelanın ölkə sularındakı xüsusi iqtisadi zonaya daxil olubdur.

İnformasiya qaynaqlarının bildirdiklərinə görə, Venesuelanın dəniz və aviasiya qüvvələri «Fortune» tankerini müşayiət etməkdədirlər.

Rusiyanın «Russia Today» telekanalı xəbər veribdir ki, Amerikanın «Adam Cozef» tipli bir hərbi gəmisi İran tankerini təqib etməkdə olub, lakin «Fortune» tankerinin Venesuelanın xüsusi iqtisadi zonasına daxil olmasından sonra onu təqib etməkdən əl çəkibdir.

Bu telekanalın məlumatına görə, İranın «Kelavel», «Forst», «Fekson» və «Petoniya» tipli digər dörd tankeri də «Fortune» tankerinin ardınca Venesuela sahillərinə doğru hərəkət etməkdədir.

Venesuelalı sosial media istifadəçiləri son günlər twitter-də ispan dilində «İran, minnətdaram» mənasını verən «#GraciasIran» haştaqını fəal ediblər. Onlar Tehran ilə Karakasın Amerikanın dəniz mühasirəsi ilə mübarizə sahəsindəki əməkdaşlğını yüksək qiymətləndiriblər.

Vaşinqton mayın 14-də təhdidlə bildirmişdi ki, İrandan Venesuelaya benzinin köçürülməsinə reaksiya vermək üçün münasib addımları araşdırmaqdadır.

Venesuelanın BMT-dəki daimi nümayəndəsi də xəbər vermişdi ki, Vaşinqton İran benzinini Venesuelaya daşıyan beş tankerə qarşı güc işlədəcəyi ilə hədələyibdir.

Amerikanın İran benzinini daşıyan tankerləri hədələmək üzrə hərəkəti geniş səviyyədə pislənilibdir.

Teqlər