May 25, 2020 06:34 Asia/Baku
  • Son 24 saatda Britaniyada 2405 nəfərə COVID-19 diaqnozu qoyulu

Böyük Britaniyada son sutka ərzində daha 2405 nəfər koronavirus infeksiyasına yoluxub.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Boris Conson brifinq zamanı deyib.

Məlumata görə, bu günədək krallıq ərazisində 259 559 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 118 nəfər artaraq ümumilikdə 36 793 nəfərə çatıb.

Bundan əvvəlki gün Britaniyada 282 nəfərin öldüyü, 2959 nəfərin isə virusa yoluxduğu deyilirdi.

 

Teqlər