May 26, 2020 07:38 Asia/Baku
  • İran tankeri qardaşlıq və həmrəylik simvoludur

Venesuelanın neft naziri bu ölkəyə yanacaq göndərdiyi üçün İrana təşəkkür edib və İranın “Fortune” tankerini “qardaşlıq və həmrəylik simvolu” adlandırıb.

SəhərAzəri xəbər verir, İranın “Fortune” tankerinin Venesueladakı “El-Palito” neftayırma kompleksində lövbər atmasından sonra bu ölkənin neft naziri Tariq Əlaysami bir daha İrana təşəkkür edibdir.

Bu kompleksdə olan Əlaysami Venesuelaya yanacaq daşıyan beş tankerdən bu ölkəyə çatan ilk tanker olan İranın “Fortune” tankerini “qardaşlıq və həmrəylik simvolu” adlandırıb və belə deyib: Bu şəraitdə İrana arxalana bildiyimizə görə, çox şadıq.

Tariq Əlaysami  ABŞ-ın İran tankerlərinə qarşı hədə ilə çıxış etməsinə işarə edib və belə vurğulayıb: Heç bir dünya gücünə icazə verməyəcəyik ki, ölkəmizin daxili hadisələrinə müdaxilə etsin.

“Fortune” tankerinin Venesuela sahillərində lövbər salmasından sonra İranın ikinci tankeri- Forst da dünən axşamçağı Venesuela sularına daxil olub və dəniz hərəkəti üzrə data-lar mərkəzinin saytında yayılan məlumatlara əsasən, hazırda Latın Amerikasının şimal sahillərindədir, amma hansı limana yan alacağı hələ bəlli deyildir.

ABŞ-ın təhdidlərinin ardınca Venesuelanın dəniz qüvvələri İran tankerlərinin bu ölkənin sahillərinə salamat çatmaları üçün iqtisadi inhisar bölgəsindən keçərkən onları mühafizə edirlər.

İranın Fortune, Forst, Fekson, Petoniya, Kelavel tankerləri Venesuela istiqamətində hərəkət ediblər. Onlar bu ölkəyə yanacaq daşıyırlar.

Bazar günü, İranın ilk neft tankerinin Venesuelanın iqtisadi inhisar sularına daxil olması ilə bir zamanda  #GraciasIran hashtaqı Venesuelada ilk Twitter trendi olubdur.

Venesuela prezidenti Nikolas Maduro da İranın ilk tankerinin Venesuela sahillərinə daxil olmasına işarə edərək, İranın xalqı və dövlətinə təşəkkür edib. O, deyib ki, Venesuela tək deyildir və yanında duran şücaətli dostlara malikdir.

Teqlər