May 30, 2020 06:30 Asia/Baku
  • Koronavirus 42 milyon amerikalını işsiz qoyub

ABŞ-da koronavirusun yayılması nəticəsində 42 milyon amerikalı iş yerini itirib.

SəhərAzəri - İRİB-nin məlumatına görə, ABŞ hökuməti tərəfindən yayılan statistikaya əsasən, son həftələrdə bu ölkədə daha 3 milyon nəfər işsizlik müavinəti almaq üçün qeydiyyatdan keçib.

ABŞ-da koronavirusun yayılması və iş yerlərinin bağlanması bu ölkə iqtisadiyyatını misli görünməmiş böhranla üzləşdirib və işsizlik səviyyəsi rekord həddə çatıbdır.

ABŞ dünya ölkələri arasında koronavirus daşıyıcıları və qurbanlarının sayı baxımından, birinci yeri tutur; Bu ölkədə ümumilikdə 1 milyon 776 min 111 nəfər koronavirusa yoluxub, 103 min 674 nəfər isə bu xəstəlikdən həyatını ititrib.

Teqlər