May 31, 2020 14:41 Asia/Baku
  • İtaliyada

İtaliyanın böyük şəhərlərində "Narıncı jiletlilər" adı ilə tanınan hərəkatın minlərlə üzvü koronavirus böhranının yaratdığı çətin iqtisadi vəziyyətə etiraz ediblər.

İRİB-nin məlumatına görə, şənbə günü (mayın 30-u) İtaliyanın böyük şəhərləri, o cümlədən paytaxt Roma, Turin, Boloniya və Milan şəhərlərində  "Narıncı jiletlilər" adı ilə tanınan hərəkatın üzvləri koronavirus böhranının yaratdığı çətin iqtisadə vəziyyətə görə, aksiya keçiriblər.

Bəzi şəhərlər, o cümlədən Romada aksiyalar polis və etirazçılar arasında toqquşmalarla nəticələnib. Polis qüvvələri etirazçılara qarşı bibər qazı və dəyənəkdən istifadə ediblər. Təkcə Roma şəhərində yüzdən artıq etirazçı saxlanılıb.

Saxlanılanlar icazəsiz aksiya keçirmək, polis qüvvələri ilə toqüquşma və səhiyyə protokollarına riayət etməməkdə günahlandırılıblar.

Özünün İtaliyanın sağ və sol cinahlarından müstəqil olduğunu iddia edən "Narıncı jiletlilər" hərəkatı Avropanın pul vahidi olan avroya qarşı çıxır və İtaliyanın əvvəlki pul vahidi olan lirəyə geri dönməyə çağırır.

Sözü gedən hərəkatın aksiyasında radikal sağçıların bəzi qrupları da iştirak edib.

Koronavirusun yayılması bir çox Avropa ölkəsində, o cümlədən İtaliyada iqtisadı böhranın yaranmasına səbəb olub.

Beynəlxalq Valyuta Fondu koronavirus infeksiyayının yayılması fonunda Avropa qitəsində iqtisadi tənəzzül və xalq problemləri haqda xəbərdarlıq edib.

 

Teqlər