İyun 27, 2020 21:45 Asia/Baku
  • Bolton Trampın Prezidentliyə uyğun bir insan olmadığını qeyd etdi

ABŞ-ın sabiq Milli Təhlükəsizlik müşaviri Con Bolton Prezident Donald Tramp ilə bağlı danışıb.

SəhərAzəri eastnews-a istinadla xəbər verir, O, açıqlamasında bildirib ki, Donald Tramp Prezidentlik üçün heç bir halda uyğun bir insan deyil.

Bolton iddia edib ki, Donald Tramp konstitusiyanı və prezidentlik andını anlamır. O, şəxsi maraqları qarşısında müqavimət göstərə bilməyən insandır.

Sabiq müşavir həmçinin öz açıqlamasında qeyd edib ki, əgər Donald Tramp ikinci dəfə prezident olacaqsa, onun ölkəyə vuracağı zərəri hesablamaq belə çətin olacaq.

 

Teqlər