İyun 29, 2020 09:05 Asia/Baku
  • Trampın seçkilərdəki kövrək vəziyyəti

Amerikanın hazırki prezidenti Donald Trampın praymerizdə Co Bayden qarşısında vəziyyətinin kövrək olduğu bildirilir.

SəhərAzəri - "Hil" xəbər portalı ABŞ-ın müxtəlif ştatlarında aparılan rəy sorğuları və monitorinqlərə istinadla xəbər verir, praymerizdə Donald Trampın Co Bayden qarşısında vəziyyəti kövrəkdir .

"Hil" xəbər portalı dünən elan edib ki, ABŞ-ın cari ildə keçiriləcək prezident seçkilərində Demokratlar partiyasının namizədi Co Bayden seçkilərin altı əsasə rəqabət meydanından dördündə Trampı qabaqlayır.

Aparılan rəy sorğularının nəticələrinə əsasən, Co Bayden Florida, Miçiqan, Viskonsin və Pensilvaniya ştatlarında keçirilən praymerizdə altı xalla Trampdan öndədir. Şimali Karolina ştatında rəqabət daha sıxdır. Tramp 2016-cı ildə sözü gedən altı ştatın hamısında qalib olub.

Donald Trampın Florida ştatında məğlub olacağı təqdirdə, qalib gəlmək üçün təxminən heç bir yolu qalmayacaq.

Keçən həftə nəşr olunan "Fox News"-un araşdırmalarının nəticələri göstərdi ki, Co Bayden bu ştatda 9 xal Trampdan öndədir. 

C.Bayden Florida ştatında qadınlar , müstəqil seçicilər və ağdərili olmayan seçicilər arasında Trampdan 20 xal qabaqdır və Tramp 2016-cı ildəki əsas seçiciləri yəni qocalar, ağdərililər və Ali təhsilli olmayan tərəfdarları arasında daha pis göstəriciyə sahibdir. 

"Fox News"-un son araşdırmasına əsasən, Co Bayden Texas və Corciya ştatlarında müvafiq olaraq, bir və iki xal Trampdan öndədir.

Respublikaçılar partiyasının prezidentinin ziddiyyətli siyasətləri, əxlaqsızlığı, impulsiv hərəkətləri və səriştəsizliyi onun reytinqinin aşağı düşməsinə səbəb olub.

Teqlər