İyul 29, 2020 19:25 Asia/Baku
  • ABŞ və Rusiya nüvə silahına dair danışıqlara başlayıb

28 iyulda Vyanada ABŞ və Rusiya arasında nüvə silahına nəzarət mövzusu ilə bağlı üçgünlük danışıqlar başlayıb. Bu barədə "Voice of America" məlumat verir.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir ki, danışıqların ilk raundu 22-23 iyun tarixlərində baş tutub.
ABŞ prezidentinin Silahlara Nəzarət üzrə Xüsusi Nümayəndəsi Marşal Billingslinin sözlərinə görə, o və Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov danışıqlar zamanı "kifayət qədər irəliləyiş əldə edib".
Tərəflər, ölkələr arasında qüvvədə olan son ikitərəfli razılaşmanı müzakirə edib.
Tərəflərin danışıqlar nəticəsində yeni müqavilənin bağlanması barədə razılığa gələ biləcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəlkinin müddəti 2021-ci ilin fevralında bitir.

Teqlər