Avq 01, 2020 12:14 Asia/Baku
  • ABŞ-ın Nümayəndələr Palatasının üzvü təyyarə qəzasında öldü

Alyaskada (ABŞ) iki kiçik təyyarənin toqquşması nəticəsində aralarında ölkənin nümayəndələr palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb.

SəhərAzəri-nin bildirdiyinə görə, hadisə Kenay yarımadasındakı Soldotna aerodromu yaxınlığında baş verib.

"Nyu-York Tayms"-ın yazdığına görə, ABŞ Federal aviasia idarəsi göyərtəsində altı sərnişini olan tək mühərrikli "Havilland DHC-2" və digər kiçik "Piper Aztec" təyyarələri havada toqquşub. Nəticədə altı nəfər faciə yerində, daha bir nəfər xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən həlak olublar.

Federal aviasiya idarəsi və milli təhlükəsizlik şurası araşdırmalar aparır.

Teqlər