Avq 23, 2020 10:29 Asia/Baku
  • İŞİD-in Yəməndəki sərkərdəsi öldürüldü

Yəmən ordusu və xalq qüvvələri Əbu Vəlid Əl-Ədəni adlı İŞİD-in Yəməndəki başçısını öldürüblər.

Səhər Azəri bildirir ki, İŞİD-in Yəməndəki dəstə başçısı Əbu Vəlid Əl-Ədəni öldürülüb. 

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə Yəmənin təhlükəsizlik qüvvələri İŞİD-in bu ölkədəki başçısı Əbu Vəlid Əl-Ədəni ləqəbi ilə tanınan Rizvan Məhəmməd Qənanı öldürməyə nail olublar. 

Bu məlumata görə, Yəmənin təhlükəsizlik qüvvələrinin əməliyyatında daha 4 terrorçu da məhv edilib. 

Əl-Ədəni mühasirəyə düşdükdən sonra üzərindəki partlayıcı qurğunu işə salaraq, intihar etməyə çalışsa da təhlükəsizlik qüvvələri tərəfindən vurularaq öldürülüb. 

Teqlər