Avq 29, 2020 15:32 Asia/Baku
  • Hotel çökdü, 13 nəfər həlak oldu

Çinin şimalındakı Şansi əyalətində ikimərtəbəli hotelin çökməsi nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.   

Səhər Azəri bildirir ki, bu barədə Çinin dövlət televiziyası məlumat verib. 

Məlumata görə daha öncə hadisə nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilmişdi.

İndiyə kimi dağıntılar altından 43 nəfəri xilas etmək mümkün olub.

Qəza bölgəsində axtarış-xilasetmə işləri davam edir. Bu prosesə 700-dən çox xilasedici qoşulub.

Hotelin çökməsi ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, insident hotelin banket zalında baş verib.

Teqlər