Sen 05, 2020 19:43 Asia/Baku
  • ABŞ polisi etirazlara son vermək üçün hərəkətə keçdi

Portlənd şəhərində irqçilik əleyhinə etirazların 100-cü günündə ABŞ polisi aksiya iştirakçılarını həbs etmək üçün hərəkətə keçib.

Səhər Azəri bildirir ki, Tramp hökuməti irqçilik əleyhinə xalq etirazlarını sonlandırmaq üçün aksiya iştirakçılarının həbs edilməsini çıxış yolu olaraq seçib. 

Bu məlumata görə sadəcə ötən gün Portlənd polisi 27 aksiya iştirakçısını həbs edib. Polis bu insanların ictimai asayişi pozmaqda ittiham və həbs edib.

Portlənd şəhərində irqçilik əleyhinə etirazlar Minosota Ştatında, Miniapolis şəhərində Corc Floyd adlı qaradərilinin polis tərəfindən qətlə yetirilməsinin ardınca başlandı. 

Tramp hökuməti ilk başda etiraz aksiyalarını yatırtmaq üçün federal qüvvələri cəlb etsə də ciddi etirazlar və tənqidlər ilə üzləşməsinin ardınca onları geri çağırmağa məcbur oldu. 

Teqlər