Sen 13, 2020 18:58 Asia/Baku
  • Türkiyə ilə artan gərginlik fonunda Afina modern silahlara üz tutdu

Yunanıstan hökuməti modern qırıcılar, savaş gəmiləri və hərbi helikopterlərin satın alınmasına habelə, 15 min yeni hərbçinin işə götürülməsinə dair qərarından xəbər verib.

Səhər Azəri bildirir ki, bu barədə Yunanıstanın baş naziri açıqlama verib. 

Bu məlumata görə Yunanıstan ilə Türkiyə arasında ixtilafların dərinləşməsinin ardınca bu ölkənin başnaziri Afinanın qırıcı təyyarələr, savaş qayıqları və hərbi helikopterlər almaq habelə, 15 min yeni hərbçinin işə götürmək qərarına gəldiyini bildirib. 

Şərqi Aralıq dənizində gərginliyin artması ilə Kiriakos Mitsotakis şənbə günü Yunanıstan hökumətinin ordu strukturuna dəyişiklik etmək habelə, modern silahlar almaq niyyətindən xəbər verib. 

Ötən 20 ildə Yunanıstan ordusunun ən böyük ambisiyası olan bu islahat proqramı Türkiyənin Aralıq dənizində karbohidrogen ehtiyatlarının axtarışı ilə məşğul olduğu bir dövrdə təsadüf edir. 

İki NATO ölkəsi olan Yunanıstan və Türkiyə arasında artan gərginliklər digə üzv ölkələrin də münaqişəyə daxil olmasına səbəb olub. Hətta, hazırkı böhranın hərbi toqquşma kimi ciddi bir qarşıdurmaya qədər uzanacağı ehtimal olunur. 

Bu arada Fransa Afina-Ankara münaqişəsində Yunanıstanın aşkar müdafiəsinə qalxıb. 

Ərdoğan isə bunun müqabilində Fransa prezidenti Makrondan Türkiyə xalqı ilə qarşıdurmadan çəkinməsini məsləhət görüb. Yunanıstana gəlincə isə Türkiyə prezidenti Afinaya yanlış addımlardan çəkinməsini, Fransanın oyununa gəlməməsini tövsiyə edib. 

Teqlər