Sen 26, 2020 08:37 Asia/Baku
  • Co Bayden: Tramp planetimiz üçün təhdiddir

"Trampın Ağ Evdə qaldığı hər gün planetimiz üçün artan təhdid deməkdir. Onu kənarlaşdırmaq lazımdır."

Səhər Azəri bildirir ki, Demokrat Partiyasının ABŞ seçkilərindəki namizədi Co Bayden Tvitter-də belə yazıb.

"Biz iqlim dəyişiklikləri ilə bağlı fövqəladə vəziyyətlə üz-üzəyik. Və Donald Tramp Ağ Evdə qaldığı hər gün planetimizin gələcəyini daha artıq təhdid edir. Onu Ağ Evdən kənarlaşdırmaq lazımdır." deyə Co Bayden bildirib. 

O, həmçinin yazır: İqlim dəyişiklikləri hamımıza mənfi təsir göstərir. İnkar etmək yox, təcili tədbir görmək lazımdır. Məsuliyyətdən yayınmaya deyil, düzgün rəhbərliyə ehtiyac var. Bütün məsuliyyətlərinə əməl edə biləcək bir prezidentə ehtiyac var.

Teqlər