Okt 22, 2020 10:35 Asia/Baku
  • Amerika daxili təhlükəsizlik nazirliyindən şikayət edilib

Oreqon ştatında Amerika vətəndaş azadlıqları birliyi və ətraf mühiti müdafiə üzrə beş qrup bu ölkənin daxili təhlükəsizlik nazirliyindən şikayət ediblər.

 

SəhərAzəri xəbər veiri ki, şikayətə səbəb, bu nazirliyin Oregon ştatının Portlend şəhərində keçirilən anti-rasist etirazlarında gözyaşardıcı qazdan istifadə etməsidir.

Oreqon ştatında Amerika vətəndaş azadlıqları birliyi və ətraf mühiti müdafiə üzrə beş qrup bu şikayət ərizəsini tənzim edərək, ölkənin daxili təhlükəsizlik nazirliyini ətraf mühtiə olan potensial təsiri ilə bağlı ilkin sınaq keçirmədən təhlükəli kimyəvi silahdan misli görünməmiş miqdarlarda istifadə etməkdə ittiham ediblər.

Bu qruplar həmçinin Amerika daxili təhlükəsizlik nazirliyini polis zorakılığı və irqi ədalətsizliyə qarşı çıxan etirazçılar əleyhinə istifadədən öncə həmin kimyəvi maddələrin ekologiyaya təsirini sınaqdan keçirmədiyinə görə, ətraf mühit üzrə milli siyasət qanununu pozmaqda ittiham ediblər.

Ətraf mühiti müdafiə təşkilatları Amerika daxili təhlükəsizlik nazirliyindən istəyiblər ki, əhaliyə nəzarət etmək üçün gözyaşardıcı qaz kimi kimyəvi maddələrdən istifadəni dayandırsın.

Afroamerikalı Corc Floydun polis tərəfindən rəhmsizcəsinə qətlə yetirilməsinin ardınca bütün Amerikanı ədalətsizliyə və zorakı rəftarlara qarşı etirazlar dalğası bürüyübdür.

Teqlər