Noy 29, 2020 13:18 Asia/Baku
  • Baltikyanı ölkələr sərt karantin rejiminə keçirlər

Baltikyanı ölkələrdə koronavirusa yoluxma və bu virusdan ölüm hallarında davamlı artım, onunla mübarizə aparmaq üçün daha sərt karantin tədbirlərinin tətbiqinə səbəb olub.

SəhərAzəri İRİB-ə istinadən xəbər verir ki, Litva Respublikasında bu gündən etibarən üç həftə müddətinə yeni ümumi karantin rejimi tətbiq ediləcək. Bu qərar, Litvanın Səhiyyə Nazirliyinin son 24 saat ərzində bu ölkədə koronavirusa 2 min 338 yeni yoluxma faktının qeydə alındığını və 22 nəfərin öldüyünü açıqladıqdan sonra verilib. Bu, Litvada iyirmi dörd saat ərzində, COVİD-19 infeksiyasına yoluxma və bu xəstəlikdən ölüm hallarında qeydə alınan ən yüksək göstəricisidir.

Estoniya Respublikasında da son sutkada koronavirusa 370 yeni yoluxma faktının qeydə alınması, hökuməti dispanserizasiya və koronavirus xəstələrini müəyyən etmək üçün sərhədlərini bağlamaq məcburiyyətində qoyub. Estoniyada xəstəxanaların çoxu təkcə COVİD-19 xəstələrini qəbul edirlər. Həmçinin, tibbi mərkəzlərdə kəskin şəkildə həkim, tibb işçiləri və çarpayı çatışmazlığı yaşanır. 

Teqlər