Dek 12, 2020 14:38 Asia/Baku
  •  Kabilə raketlər atıldı

Əfqanıstanın paytaxtı Kabilin fərqli-fərqli rayonlarında bir neçə raket atılıb.

SəhərAzəri xəbər verir, Əfqanıstan Daxili İşlər Nazirliyi açıqlayıb ki, Əfqanıstanın paytaxtı Kabilin fərqli-fərqli rayonlarında bir neçə raket partlayıb. Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

Polisin məlumatına görə, Xacə Rəvaş rayonunda azı 4 raket Daxili İşlər Nazirliyinin və Kabul Hava Limanının yaxınlığına düşüb. 

Hələlik, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Teqlər