Dek 28, 2020 06:34 Asia/Baku
  • Çilidə güclü zəlzələ olub

Çilinin cənubunda 6.8 bal gücündə zəlzələ baş verib.

SəhərAzəri xəbər verir, ABŞ-ın Geoloji Xidməti məlumat verib ki, Çilinin cənubunda 6.8 bal gücündə zəlzələ olub.

Zəlzələ yerli vaxtla 21.39-da qeydə alınıb. Yeraltı təkanın episentri Korral yaşayış məntəqəsindən 149 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə baş verib.

Sunami təhlükəsi elan edilməyib. Tələfat və dağıntı barədə məlumat verilməyib.

Teqlər