Okt 08, 2018 20:12 Asia/Baku
  •  İran medallarının sayını 22-yə çatdırdı
    İran medallarının sayını 22-yə çatdırdı

İranın idman karvanı İndoneziyada keçirilən Para-Asiya oyunlarının ikinci gününü 9 qızıl, 5 gümüş və 8 bürünc medal ilə başa vurub.

Para-Asiya oyunlarının davamında İranın idman karvanı 100 metrlik məsafəyə üzmək, nizə atmaq, 50 metrdən atıcılıq, pnevmatik tüfənglə atəş açmaq, disk atmaq, üzgücülük, ağırlıq qaldırmaq, 1500  və 200 metrlik məsafəyə qaçış yarışları üzrə 9 qızıl medal əldə edib.

İranın idman karvanı həmçinin nizə atmaq, disk atmaq, ağırlıq qaldırmaq və gürz atmaq yarışlarında 5 gümüş medal qazanıb.

İranlı atletlər stolüstü tennis, nizə atmaq, uzunluğa tullanmaq, disk atmaq və görmə əngəllilərin güləşi yarışlarında 8 bürünc medal əldə ediblər.

İranın idman karvanı İndoneziyada keçirilən Para-Asiya yarışlarında 208 idmançı ilə iştirak edir.

Teqlər