Sen 04, 2019 18:13 Asia/Baku
  • Fəhrəcli fermerin xurmalığında xurma növləri kolleksiyası
    Fəhrəcli fermerin xurmalığında xurma növləri kolleksiyası

Bu diyarın əkinçiləri xurma yetişdirməyə məhəbbətlə yanaşırlar. Bir palmanın bəhrə verməsi üçün zəhmətkeş fermerlər illər boyu zəhmət çəkirlər ki, öz əllərinin zəhməti ilə başqalarının da ağzını şirin etmiş olsunlar.

Bu diyarın əhalisinin ən mühüm kənd təsərrüfatı məhsulu olan xurma əziz İranın xalqının süfərləini bəzəməkdən əlavə, digər ölkələrə də ixrac edilir.

Xoş zövqlü fəhrəcli fermer bütün ölkədən olan müxtəlif xurma növlərini öz xurmalığına toplayaraq, əkibdir. O, bu xurmalıqda müxtəlif xurma növlərindən gözəl bir kolleksiya yaradıbdır.

m.k.- 1372-ci günəş ilində 72 Kərbəla şəhidinin niyyətinə qərara aldım ki, bütün İrandan 72 xurma növü yığam və burada misilsiz bir kolleksiya hazırlamış olam. Bu 72 xurma növünün təqribən 40-ı hazırda bəhrə verir. inşaallah, yerdə qalan 32 növü də qarşıdakı bir neçə ildə bəhrə verəcək.

m.k- Bu xurmanın adı, şəmsayidir. Çox yaxşı xurmadır. Torpağı sarı rəngdədir. Xurması yetişəndə yumurta formasında olur və büzüşmür.

m.k- Bu palmanın adı, Kəbkab-dır. Bu palmanı Fars vilayətinin Cəhrom şəhrestanından gətirmişəm.

Fəhrəc şəhrestanı isti və quru iqlimə malik olaraq, palmalar yetişdirmək üçün münbit məntəqələrdən sayılır.