Sen 13, 2019 19:36 Asia/Baku
  • İranlı taekvondoçu Yaponiya Qran-Pri yarışlarının qızıl medalçısı olub

İranlı taekvondoçu Yaponiya Qran-Pri yarışlarının qızıl medalçısı olub. O, bununla 2020-ci il Tokio olimpiya payını əldə etməyə yaxınlaşıbdır.

68 kiloqramdan aşağı çəki dərəcəsində yarışan Mir Haşem Hoseyni bu gün final görüşündə ingilis rəqibini məğlub edərək, qızıl medal əldə edib.

Bu çəki dərəcəsində Cənubi Koreya və Braziliya nümayəndələri birgə şəkildə bürünc medal alıblar.

Birinci yerdən üçüncü yerədək olan idmançılara olimpiya renkinqini artırmaq istiqmətində 40, 24 və 14,4 xal verilib. Həmçinin onlara beş min, üç min və min dollar mükafat təqdim edilibdir.

Taekvondo üzrə Yaponiya Qran-Pri yarışlarının ikinci etapı bu gündən etibarən, bu ölkənin Çiba şəhərində dünyanın ən yaxşı 32 taekvondoçusunun iştirakı ilə keçiriləcək.