Noy 01, 2019 18:09 Asia/Baku
  • Amerikada elektron siqaretdən istifadə ilə bağlı tənəffüs xəstəliyi yenə də bir qurban alıb
    Amerikada elektron siqaretdən istifadə ilə bağlı tənəffüs xəstəliyi yenə də bir qurban alıb

Amerikada elektron siqaretdən və bu qəbildən olan tütün məmulatlarından istifadə ilə bağlı sirli tənəffüs xəstəliyinə düçar olmuş 37 nəfər həyatını itirib.

Xəstəliklərə nəzarət və onların prolifaktikası mərkəzi bildirib ki, ötən həftədən bəri elektron siqaretdən istifadə ilə bağlı daha üç nəfər həyatını itirib. Bu mərkəz həmçinin tənəffüs xəstəliklərinə mübtəla olmaq nəticəsində 1800-dən çox insanın vəfat etməsindən xəbər veribdir ki, ya qəti şəkildə, ya da ki, ehtimal üzrə elektron siqaretdən istifadə ilə bağlı olubdur.

Texasdan olan bir kişi elektron siqaretin onun üzündə partlaması nəticəsində həyatını itirib.

ABŞ yanğınsöndürmə idarəsinin məlumatına görə, 2009-2016-cı illər arasında Amerikada elektron siqaretlərdən irəli gələn partlayış və yanğın ilə bağlı 195 hal baş veribdir ki, indiyədək medialar tərəfindən işıqlandırılıbdır.