Avq 27, 2020 16:19 Asia/Baku
  • İranlı aktyor Rusiya Film Festivalında parlayıb

İranlı aktyor Nəvid Məhəmmədzadə Rusiyanın Orenburq şəhərində keçirilən 13-cü Qərb və Şərqi Avrasiya Film Festivalında ən yaxşı aktyor seçilib.

SəhərAzəri xəbər verir, İranlı aktyor Nəvid Məhəmmədzadə "Sorx Pust" filmində ifa etdiyi rola görə, Rusiyanın Orenburq şəhərində keçirilən 13-cü Qərb və Şərqi Avrasiya Film Festivalında ən yaxşı aktyor nominasiyası üzrə mükafata layiq görülüb.

 

Nima Cavidinin çəkdiyi "Sorx Pust" filmi Rusiyanın Orenburq şəhərində keçirilən 13-cü Qərb və Şərqi Avrasiya Film Festivalının əsas rəqabət bölməsinin filmlərindən biri idi.

Bu film ən yaxşı aktyor mükafatından əlavə "Yar Klub Kompleks" festivalının sponsorunun xüsusi mükafatına da layiq görülüb.

"Sorx Pust" filmi İranın cənubunda yerləşən qədim bir həbsxanadan bəhs edir ki, şəhərin yeni tikilmiş aeroportına yaxın olduğu üçün təxliyə edilir. Həbsxananın sədri mayor Nemət Cavid məmurları ilə birlikdə məhbusları yeni bir həbsxanaya köçürürlər ki, bir sıra hadisələr baş verir.

13-cü Qərb və Şərqi Avrasiya Film Festivalı avqustun 21-dən 26-dək Rusiyanın Orenburq şəhərində keçiriləcək.

Teqlər