Oct 18, 2019 20:29 Asia/Baku
  • "İlahi eşq - ŞƏHADƏT, Sözə, sənətə zinət!" mövzusunda tədbir

Hüseyn Ərbəini gününün yaxınlaşması ilə Bakıda İmam Hüseynin (ə) Ərbəin mərasimi öncəsi "İlahi eşq - ŞƏHADƏT, Sözə, sənətə zinət!" mövzusunda tədbir keçirilib.

Bakıdakı mətbuat mərkəzində media fəalları, yazıçı və şairlər, həmçinin elm adamlarının iştirakı ilə keçirilən bu tədbirdə müasir mədəni və bədii əsərlərdə şəhadət mədəniyyətinə diqqət zərurəti, Kərbəla qiyamının bəyanı və mərsiyəxanlıqda azəri şairlərinin rolu, habelə ədəbiyyat və incəsənətdə şəhadət mədəniyyətinin təsiri kimi mövzular araşdırılıb.

Tədbirdə bir neçə şair Kərbəla düzünün şəhidləri barədəki şerlərini oxuyub. Tədbirdə çıxış edənlər də qızılı Aşura qəhrəmanlığından təsiralmanı ədəbi və bədii əsərlərin təsirediciliyi və ölməzliyi rəmzi adlandırıb və ona diqqətə təkid ediblər.

Şərhlər