İyun 25, 2017 08:32 Asia/Baku
  • İranın gənclərdən ibarət voleybol komandasının uğurları davam edir
    İranın gənclərdən ibarət voleybol komandasının uğurları davam edir

İranın gənclərdən ibarət voleybol komandası Ukrayna yığması üzərində qələbə çalaraq, voleybol üzrə dünya çempionatında 3-cü qrupun liderinə çevrilib.

İRNA-nın məlumatına görə, şənbə günü Çex Respublikasında keçirilən bu qarşılaşmada İranın gənclərdən ibrət voleybol komandası çox gözəl və həssas bir qarşılaşma olan bu matçın sonunda 3-2 hesabı ilə Ukrayna yığması üzərində qələbə çalıb. Bununla da İran komandası 3-cü qrupun liderinə çevrilib. 

İranın gənclərdən ibarət voleybol komandası cümə günü axşam özünün ilk qarşılaşmasında İtaliya yığmasını 3-0 hesabı ilə məğlub etmişdi. 

Teqlər