İyul 23, 2017 09:09 Asia/Baku
  • Sircan kilimi; misilsiz əl işi
    Sircan kilimi; misilsiz əl işi

Ümumdünya Əl işləri Şurasının hakimlər və ekspertləri İranın cənubunda Kirman ostanının Sircan bölgəsinin kənd ərazilərində kilim emalatxanalarına və klim muzayinə baxış keçirdikdən sonra bir mətbuat konfransında bu əl işi barədə öz fikirlərini bildiriblər.

İRNA-nın verdiyi məlumata görə, Ümumdüyna əl işləri şurasının eksperti Qəda Həcavi Sircan kiliminin indiyədək gördüyü misilsin əl işi olduğunu deyib. 

Əl işləri şurasının eksperti bu barədə mükəmməl hesabatın hazırlanacağını bildirib və Sircan şəhərinin yaxın gələcəkdə sənət baxımından beynəlxalq səviyyədə qeydiyyata alınacağına ümidvar olduğunu deyib. 

Digər beynəlxalq hakim Kuin Ri Did Nuri də İranın əl işləri nümunələrinə dünyanın heç bir yerində ras gəlinmədiyini xatırladıb. 

"Şirikipiç" adlanan kilim növü Sircan bölgəsində kənd qadınları və köçərilərin toxuma işləri arasında xüsusi diqqət çəkir. 

Teqlər