İyul 23, 2017 13:58 Asia/Baku
  • İranlı para atlet London yarışlarının gümüş medalını əldə etdi
    İranlı para atlet London yarışlarının gümüş medalını əldə etdi

London Para Atletika yarışlarında İranı təmsil edən sonuncu para atlet dünya çempionatının doqquzuncu günündə ağırlıq atmaq üzrə gümüş medalın sahibi olub.

İRNA-nın verdiyi məlumata görə, Səccad Məhəmmədiyan F42 klası üzrə ağırlıq atmaq yarışlarında 14.44 metrlik bir rekorda imza ataraq, yarışların ikincisi olub.

London Para Atletika Çempionatında İranı təmsil edən idman karvanı ümumilikdə 3 qızıl, 9 gümüş və 5 bürünc medal ilə öz işini başa vurub.

Yarışların sonuncu günündə İranın 4 təmsilçisi disk atmaq, ağırlıq atmaq və nizə atmaq yarışlarında mübarizə aparıblar.

London-2017 para atletika üzrə dünya çempionatı 100 ölkədən gəlmiş mindən çox idmançının iştirakı ilə 14 iyul tarixində start götürüb. İran bu yarışlarda 20 idmançı ilə iştirak edib.