Avq 20, 2017 13:39 Asia/Baku
  • Elm və Texnologiya muzeyinin yerli nailiyyətlər hissəsinin təqdimatı keçirilib
    Elm və Texnologiya muzeyinin yerli nailiyyətlər hissəsinin təqdimatı keçirilib

Keçmiş sönük deyil,, düzgün nəticə çıxarılarsa ilham verici olacaq. Keçmiş alimlərin yadıgarları, dəyərli nailiyyətləri bir yerə toplaşıb ki, gələcək nəsillər üçün nümunə götürülsün.

Biliyə susayan insan hər gün elm çırağı ilə, dünyasını işıqlandırır. Hər şeyi diqqətlə müşahidə ilə ətraf dünyasını dolaşır və suallarına cavab tapır. Durub baxır və keçmişdəkilərin təcrübələrini qeydə alır. Öz ata-babalarının ayaq izlərini tutaraq yeni yollar kəşf edir. 

Muzeydəki əşyaların ruhu var, onlar bizimlə danışır. Bura Elm və Texnologiya muzeyidir . 

İlkin tibb təchizatları və cərrahiyyə alətləri göstərir ki, bu diyarın alimləri tibb elminin inkişafında böyük rola malik olublar. 

Öyrənməyin həddi-hüdudu yoxdur. Öyrənmək heyrətamizdir və heyrət doğuran nəticələrə gətirib-çıxarır. 

Sual, sual və sual...Bəlkədə hər şeyi bilmək marağı, öyrənmək həvəsi insanın ən fitri xüsusiyyətlərindən biridir və körpə yaşından başlayaraq qocalığa qədər bu həvəs həmişə yaşayır. İnsanın öyrənmək həvəsi heç vaxt sönmür və bəşər elmi, insan düşüncəsinin suallarla zəngin olmasına borcludur.