Dek 05, 2017 21:26 Asia/Baku
  • İranlı paraatletlər dünya çempionatında qızıl və gümüş medala yiyələniblər
    İranlı paraatletlər dünya çempionatında qızıl və gümüş medala yiyələniblər

Paraatletlərarası ağırlıqqıaldırma üzrə Meksikada keçirilən dünya çempionatında İran təmsilçiləri bir qızıl və bir gümüş medal əldə ediblər.

İRNA-nın məlumatına görə, 72 kq çəki dərəcəsində Nadir Moradi 209 kq ağırlığı qaldıraraq, qızıl medalın sahibi olub.

Ruhullah Rostəmi isə 208 kq ağırlığı qaldırmaqla gümüş medala yiyələnib.

72 kq çəki dərəcəsində bürünc medalın sahibi isə Çin təmsilçisi olub.

İranın ağırlıqqıaldırma üzrə paraatlet komandası indiyə kimi Meksikada keçirilən dünya çempionatında bir qızıl, 2 gümüş və bir bürünc medal əldə edib.

Teqlər