Mart 15, 2018 21:30 Asia/Baku
  • İranın turizm cazibəlikləri
    İranın turizm cazibəlikləri

Ürəyəyatan bir səfəri müəyyənləşdirmək üçün ilk addım səfər məqsədini seçməkdir. Həmin məkan bizə gözəl anları yaşada bilər.

Ürəyəyatan bir səfərlə bir illik iş və zəhmətin yorğunluğunu bədəninizdən çıxarmaq istəyirsinizsə, gözəl Lorestan vilayətini sizə təklif edirik.

Lorestanın tanınmış Fələkül-Əflak qalası bu diyarın sakinlərinin tarix və sivilizasiyasından söz açır.

Lorestanın qonaqpərvər əhalisi sizin üçün çox əla sovqatlar hazırlamışdır.

Amma 350 kilometr o tərəfdə İranın Çahar Mahal və Bəxtiyari vilayəti istiqanlı və mehriban əhalisi ilə sizə ev sahibliyi edəcək.

Burada tarixin əzəmətini Çaleşte qalasında və Pir-Qar kitabəsində görmək lazımdır. Ruh sərinlədici təbiətini Brucenin Siyah-Sərdində hiss etmək lazımdır.

Zamanxan körpüsü, miniatür şəlalə və Lordeqan atəşkədəsi Çahar-Mahal və Bəxtiyarinin gözəlliklərindəndir. Bu vilayətin təbiət cazibəliklərindən əlavə, dadlı sovqatları da vardır. Çahar-Mahal və Bəxtiyarinin gözəl təbiəti və tarixi cazibəliklərini gördükdən sonra, minillik palıd meşəliklərindən keçərək Kohkiluyə və Buyir-Əhməd vilayətində İranın təbiət paytaxtına çata bilərsiniz. Bu vilayətdə Bibi-Həkimə (sə)nın məqbərəsi, Bülqeys çeşməsi və Şapur diyarı qədim şəhəri hər bir tamaşaçının diqqətini özünə çəkir. Hər şeydən keçsək də, Kuhkiluyə və Buyir Əhmədin yerli sovqat və yeməklərindən keçə bilmərik. Yasucun mənzərələrindən heç vaxt gözünüzü çəkə bilməzsiniz, amma 120 kilometrlik məsafəni qət etməklə Farsda İran sivilizasiyasının darvazaları sizin üzünüzə açılacaqdır.

 

Teqlər