İyul 16, 2018 14:32 Asia/Baku
  • Kubok fransızların evində
    Kubok fransızların evində

Həyəcanlı finalın keçirilməsilə Rusiyada bir futbol ayının şövqü yatdı. Fransalılar 21-ci kuboku və 38 milyon avroluq mükafatı özləri ilə evlərinə apara bildilər.

Rusiya dünya çempionatının qızıl kuboku 20 ildən sonra yenidən xoruzlara çatdı. Moskvanın Lujniki stadionunda leysan yağışı altında fransızlar üçün şirin və xatirəli bir an.

Oyun boyu qəribə hərəkətləri ilə fotoqrafların süjetinə çevrilmiş Fransa prezidenti yerə-göyə sığmırdı. Hərçənd Xorvatiya prezidenti Kitaroviç də ölkəsinin futbol komandasının ikinci yeri tutmasından narazı deyildi. Bu arada Vladimir Putin də tam təhlükəsizliklə müşayiət olunan uğurlu ev sahibliyini təsdiqə və təqdirə layiq bilirdi.

Kişi: Bu dünya çempionatı ən yaxşı formada və tam təhlükəsizliklə keçirildi. Dünya çempionatına ev sahibliyi etmək bizim üçün böyük bir fəxr idi.

Kişi: Rusiya gözəl bir ölkədir və dünya çempionatını çox gözəl keçirdi. 

Qadın: Dünya çempionatı üçün layiqli ev sahibi olduğuna görə, ölkəmlə fəxr edirəm.

Didiye Deşamın şagirdləri hərçənd Xorvatiya komandasını böyük hesabla, 4-2 hesabı ilə məğlub edərək, dünya kubokunu başları üzərinə qaldırdılar, amma 21-ci dünya çempionatının ən yaxşı oyunçusu adına Xorvatiya komandasının kapitanı Luka Modriç layiq görüldü. Bu oyunçu daha, səy, müqavimət və təslimolmazlıq əhval-ruhiyyəsinin simvoludur.

Kişi: Biz Xorvatiyanın azarkeşi idik, amma təəssüflə uduzdu.

Kişi: Əlli ildən çox idi ki, dünya çempionatı finallarında çoxqollu oyunun şahidi deyildik.

Kişi: Olduqca maraqlı oyun idi. Dünya xalqları dünya çempionatlarının ən yaxşı final oyunlarından birinə tamaşa etdilər.

Qadın: Heyif ki, Rusiya finala çıxmadı.

Kişi: Əla oyun idi, hərçənd Rusiyanın finalçılardan biri olmasını istəyirdik.

Teqlər