Avq 18, 2018 21:31 Asia/Baku
  • Kirmanşahlı təsərrüfatçı çox məhsullu əkinin faydalı olduğunu bildirir
    Kirmanşahlı təsərrüfatçı çox məhsullu əkinin faydalı olduğunu bildirir

Kənd təsərrüfatında adətən təsərrüfatçılar tək məhsul əkib becərirlər. Bu da bəzi hallarda onların lazımi gəliri əldə edə bilməməsinə gətirib çıxarır. Kirmanşahda bir təsərrüfatçı bu iş üçün çox maraqlı bir metoddan istifadə edir.

Madyan dağın düz qarşısında məşhur məhsullu əkin sahəsi yerləşir.

Əkinçi deyib: Bu əkin sahəsində çalışırıq. Çünki əkin sahəsində işləməyi sevirik. Həm bizim üçün iş yeri yaradır, həm də gəlib kömək edirik.

Cənab Vahidinin əkin metodu bölgədəki təsərrüfatçıların metodları ilə müəyyən qədər fərqlənir. O 1,5 hektar ərazidə bir məhsul yerinə, bir neçə məhsul əkir.

Kənd təsərrüfatçısı cənab Vahidi deyib: Bura qarğıdalı, brokoli, gül kələmi sahəsidir, bu tərəf zəfərandır. Yuxarıda da istixanadır.

Bu məhsullardan hər biri müxtəlif zamanlarda yetişir. Buna görə, onun məhsul yığımında davamlılığı vardır.

Vahidi bildirib: Yaydır, avqust ayıdır. Gül kələmi çox az yetişir, amma təsərrüfatçı əldə etdiyi təcrübə əsasında gül kələminin az yetişdiyi bu ayda ən yaxşı məhsulu becərib götürə bilər.

Tək məhsul əkməklə məşğul olan təsərrüfatçıları həmişə məhsullarının satılmaması zərəri pusquda gözləyir. Misal üçün kartof becərənlər.

Təsərrüfatçının sözlərinə görə, tək məhsul əkməsinlər. Misal üçün hazırda kartofun bazarı yaxşı deyil, əllərində qalıb. Təsərrüfatçı 20 hektar ərazidə kartof əkmək yerinə, beş növ məhsul əkə bilər.

Tərəvəz məhsullarının çoxlu suya ehtiyaclı olduğunu bilirik. Amma onun suvarma metodları da təsərrüfatçılar üçün çox yaxşı örnəkdir.

Vahidi deyib: Sahib olduğumuz suyla 2 min kvadratmetr ərazini əkə bilərdik. Amma damcı suvarması ilə 15 min kvadratmetrə çatdı.

Su və torpaq kənd təsərrüfatında iki əsas ünsürdür və təsərrüfatçılar ondan çox düzgün şəkildə istifadə etməlidirlər.