Avq 22, 2018 19:16 Asia/Baku
  • İran komandası növbəti iki qızıl medal qazandı
    İran komandası növbəti iki qızıl medal qazandı

İranın yunan-roma güləşçiləri 77 və 87 kq çəkilərində Cakarta 2018 Asiya yarışlarının qızıl medallarını qazanıblar.

İRNA-nın verdiyi məlumata görə, Yunan-roma güləşi üzrə 77 kq çəki dərəcəsində iranlı idmançı Məhəmmədəli Gərayi final görüşündə qırğızıstanlı rəqibini məğlub edərək Asiya çempionu olub. 

87 kq çəki dərəcəsində isə iranlı güləşçi Hüseyn Nuri özbəkistanlı rəqibi üzərində qələbə çalaraq bu çəki dərəcəsinin qızıl müdalını əldə edib. Beləliklə də Cakarta 2018 Asiya yarışlarında bu günədək İran komandasının əldə etdiyi qızıl medalların sayı yeddiyə çatıb. 

18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. 

Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir. 

 

Teqlər