Okt 21, 2018 07:40 Asia/Baku
  • İran taekvonduçusunun uğuru
    İran taekvonduçusunun uğuru

İranın ləyaqətli taekvondoçusu Armin Hadipur Mançester Qran-pri beynəlxalq yarışlarının qızıl medalını əldə edib.

Dünən gecə 58 kiloqramdan aşağı çəki dərəcəsi üzrə yarışların davamında Armin Hadipur finalda Cənubi Koreyadan olan rəqibi Tay Hun Kimi 16-12 hesabı ilə məğlub edərək, yarışların qızıl medalını əldə edib.

Cümə günü də İranın taekvondo komandası bir gümüş və bir bürünc medal qazanmışdı. Bu medalları müvafiq olaraq, Mir Haşem Hoseyni və Səccad Mərdani əldə etmişdilər.

2018-ci il Mançester Qran-pri beynəlxalq yarışlarının dördüncü etapı oktyabrın 19-dan İngiltərənin ev sahibliyi ilə başlanıb və bu gün gecə başa çatacaqdır.