Noy 12, 2018 08:37 Asia/Baku
  • İranın bodibildinq üzrə yığma komandası dünya çempionu olub
    İranın bodibildinq üzrə yığma komandası dünya çempionu olub

İranın bodibildinq üzrə yığma komandası İspaniyada keçirilən dünya çempionatında 8 qızıl, bir gümüş və iki bürünc medal, həmçinin iki çempionlar çempionu adını qazanaraq, dünya çempionu olub.

İran nümayəndələri klassik bodi növündə iki qızıl və bir gümüş, fizik növündə bir qızıl və bir bürünc, bodibildinq növündə isə beş qızıl və bir bürünc medal, həmçinin bir dördünçü yer və iki çempionlar çempionu adını qazanıblar.

İrandan sonra Cənubi Koreya və İraq komandaları ikinci və üçüncü olublar.

Bodibildinq üzrə dünya çempionatı yarışları noyabrın 9-dan 11-dək İspaniyanın Benidorm şəhərində keçirilibdir.

Teqlər