Noy 19, 2018 11:29 Asia/Baku
  • Azəri tamaşaçı asanlıqla İran filmi ilə əlaqə yaradır
    Azəri tamaşaçı asanlıqla İran filmi ilə əlaqə yaradır

Məşhur iranlı senarist, rejissor və Azərbaycan Respublikasında "Start" adlı beynəlxalq qısametrajlı filmlər festivalının hakimi Kambuziya Pərtovi deyib ki, azəri tamaşaçı asanlıqla İran filmi ilə əlaqə yaradır və dərin mədəni ortaqlıqlara görə, iranlı kinematoqrafların mesajını çox yaxşı dərk edir.

"Start" adlı beynəlxalq qısametrajlı filmlər festivalının hakimi bu festivalda iştirak edən İran filmləri barədə belə deyib: İrandan sənədli, bədii və animasiya filmləri kimi müxtəlif sahələrdə yeddi qısa film iştirak edirdi.

Pərtovi deyib: İran filmlərinin hamısının deməyə sözü var idi; öz müraciətini də səlis şəkildə tamaşaçıya çatdırırdı və mənim bir hakim kimi onları müdafiə etməyimə ehtiyac yox idi.

O, əlavə edib: Festivala ev sahibliyi edən ölkənin, yəni Azərbaycan Respublikasının filmləri zəif idi və əksərən zəif ssenarilərə malik idilər. Sənədli filmləri də ssenarisiz çəkmişdilər.

Pərtovi söyləyib: Bütövlükdə demək olar ki, bir çox yerlərdə olduğu kimi, ssenariyə ciddi yanaşılmamışdı. 

Azərbaycan Respublikasında teatrın inkişafına toxunan bu iranlı rejissor deyib: Təəssüfləndirici haldır ki, bu ölkənin kinosu teatrı kimi deyildir, halbuki öz keçmişində "Arşın mal alan" və "O olmasın, bu olsun" kimi filmlərə malikdir.