Dek 07, 2018 18:10 Asia/Baku
  • İranın kişi və qadın futzal komandaları dünyanın ən yaxşı komandaları adlarına namizəddirlər

İranın kişi və qadın futzal komandaları 2018-ci ildə dünyanın ən yaxşı komandaları adlarına namizəd olan on komanda arasında yerləşiblər.

Beynəlxalq futzal saytı dünyanın ən yaxşı komandaları adlarına namizədlərin təqdimatının davamında İranın kişi və qadın futzal komandalarını 2018-ci ildə dünyanın ən yaxşı komandaları adlarına namizəd olan on komanda arasında qərar verib.

İranın kişi və qadın futzal komandaları 2018-ci ildə Asiya çempionları olublar.

Braziliya komandası, bu ölkənin 18 yaşından aşağı komandası, həmçinin Braziliya, Yaponiya və Portuqaliyanın qadınlar üzrə 20 yaşından aşağı komandaları, eləcə də Portuqaliya, Rusiya və İspaniyanın 18 yaşından aşağı komandaları 2018-ci ildə dünyanın ən yaxşı komandaları adlarına namizəd olan digər səkkiz namizəddir.