Dek 08, 2018 22:14 Asia/Baku
  • İran dərman preparatlarının vahid qeydə alınması mexanizmi üzrə beynəlxalq şuraya üzv seçilib
    İran dərman preparatlarının vahid qeydə alınması mexanizmi üzrə beynəlxalq şuraya üzv seçilib

İran insan üçün olan dərman preparatlarının vahid qeydə alınması mexanizmi üzrə beynəlxalq şuranın (İCH) üzvü seçilib. İran bu şuraya üzv seçilən ilk region ölkəsidir.

İRNA-nın məlumatına görə, İranın Səhiyyə, Müalicə və Tibb Təhsili Nazirliyi şənbə günü bildirib: Beynəlxalq İCH (İnternational Council for Harmonisation of Technical Requirments for Pharmaceuticals for Human Use) şurasına qoşulmaq və bu şuranın standartlarının dərmanların qeydiyyata alınmasında icra edilməsi dərman sənayesində keyfiyyətin daha da artmasına və İranın dərman məhsullarının ixracatına şəraitin yaranmasına səbəb olacaq. 

İCH 1990-cı ildə təsis edilib və hazırda 16 daimi və 28 müşahidəçi üzvü var. 

 

Teqlər